İrakli Qaribaşvili: “Azərbaycan və Ermənistan arasında sülh sazişi regionun inkişafına böyük töhfə verəcək”

Siyasət


“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionun inkişafına böyük töhfə verəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda deyib.

“Bizim enerji potensialımız regionumuza böyük töhfə ola bilər. Gürcüstanın Anakliya şəhərində yeni limanın tikilməsi inkişafımızın bariz nümunəsidir. 1 milyon ton dövriyyəsi olacaq bu liman vasitəsilə Qərblə Şərq arasında bir çox beynəlxalq layihələrin dəstəkçisi ola bilərik”, – Baş nazir qeyd edib.

O əlavə edib ki, Gürcüstanda alternativ enerji sahəsində də mühüm işlər görülür:

“Azərbaycanın elektrik enerjisi Qara dənizin dibi ilə Avropaya göndəriləcək”.

Baş nazirin sözlərinə görə, Gürcüstan Avropa ilə Asiyanı birləşdirən çox mühüm körpü rolunu oynayır:

“Logistika və tranzit məsələlərində Gürcüstan əvəzolunmaz bir məkandır. Gürcüstanın inkişafı regionda sülhün bərqərar olmasına böyük töhfə verir. Lakin bəzi məsələlər regionun logistika imkanlarını təhlükə altına ata bilər”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir