Svyatoslav Andrianov: “Azərbaycan Prezidenti İlham Əliyev Brüsselin “oyun qaydaları”nı mükəmməl başa düşür”

Siyasət


“Ermənistan-Azərbaycan qarşıdurmasında vacib rolu kifayət qədər uğurlu, amma Avropa ölkələrində az sayda olan erməni lobbisi oynayır”.

Bu sözləri Beynəlxalq Siyasi Analiz və İnformasiya Təhlükəsizliyi Mərkəzinin direktoru, Avrasiyada Strateji Tərəfdaşlıq üzrə Berlin Komitəsinin sədri Svyatoslav Andrianov Oxu.Az-a açıqlamasında deyib.

S.Andrianov vurğulayıb ki, erməni lobbisinin Avropa ölkələrinin media qurumları və ekspertləri  ilə apardığı davamlı iş nəticəsində, sonuncular Cənubi Qafqazdakı vəziyyətə bağlı birtərəfli və qərəzli münasibət sərgiləyirlər:

“Bu isə təbii ki, Avropa vətəndaşlarının əndişələnməsinə səbəb olur və avropalı siyasətçilər bu siqnallara cavab vermək məcburiyyətindədirlər, ona görə də onların daimi “narahatlıqlarını” eşitməli oluruq. Lakin nə qədər ki, Avropadakı siyasi qüvvələr üçün iqtisadi və geosiyasi amillər “ideoloji və dəyər” amillərindən daha vacib olacaq, Azərbaycana münasibət nisbətən komplementar olacaq, təbii ki, əgər rəsmi Bakı Rusiyanın 2022-ci ilin fevralında etdiyi kimi Brüsselin “qırmızı xətlərini” keçəcək bir şey etməzsə. Belə olan halda realpolitik siyasəti yürüdən praqmatiklərin öz kurslarını əsaslandırmaq üçün heç bir arqumenti qalmayacaq. Amma Azərbaycan Prezidenti İlham Əliyev, məncə, Brüsselin “oyun qaydalarını” mükəmməl başa düşür və onlarla “kiçik tərəfdaş” mövqeyindən deyil, bərabərhüquqlu iştirakçı kimi davranır. Mən məmnuniyyətlə vurğulamaq istəyirəm ki, 2023-cü il hadisələri hamıya aydın göstərdi ki, İlham Əliyev bunu çox gözəl edir.

Yuxarıdakıları ümumiləşdirərək aşağıdakı nəticələri çıxara bilərik.

Birincisi, kollektiv Qərb ölkələri öz siyasətlərində sırf praqmatik məqsədləri rəhbər tutur. İkincisi, çox vaxt onların qınaqlarının və gur bəyanatlarının real siyasətlə heç bir əlaqəsi olmur. Üçüncüsü, bu səs-küylü bəyanatlar zəif idarə olunan azad media, eləcə də sol-liberal və sağ-liberal spektrin siyasi opponentləri tərəfindən qızışdırılan seçicini qane etmək, oxu – sakitləşdirmək üçün lazımdır. Dördüncüsü, bütün sadalananlarla yanaşı, İrəvanın Avropada “soft power”dən (“yumşaq güc”) uğurla istifadə etməsini qeyd etmək lazımdır. Onlar bunu ilk növbədə həm siyasətçilərə, həm də mediaya təsir göstərən öz diaspor birlikləri vasitəsilə həyata keçirirlər”.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir