Ukraynalı hərbçilər Azərbaycan Ordusunu təbrik etdilər: “Onlar ilkə imza atdılar” – FOTO

Siyasət


Azərbaycan 30 ildən çox davam edən işğala son qoymaqla keçmiş sovet məkanında ilk olaraq separatizmin kökünü kəsdi. Bununla da, dünyanın diqqətini özünə cəlb edib. Azərbaycan Ordusunun ölkənin suveren ərazisində işğalçılara, separatçılara qarşı uğurlu əməliyyatları xarici mütəxəssislərin və hərbçilərin də əsas müzakirə mövzusudur.

Hazırda dünyanın diqqət mərkəzində olan Ukrayna müharibəsində ön cəbhədə döyüşən ukraynalı hərbçilər Donbasda olan “Report”un Şərqi Avropa bürosunun əməkdaşı vasitəsilə Azərbaycana təbriklərini ünvanlayıblar. Ukrayna ordusunun Donbas istiqamətində döyüş komandirlərindən Roman Solohub bildirib ki, Azərbaycan Ordusunun əməliyyatlarını mətbuatdan izləyib və hesab edir ki onun qələbəsi nümunəvi plana əsaslanır:

“Azərbaycan Ordusu düzgün şəkildə planlaşdırılmış hərbi əməliyyat həyata keçirib. Uzun müddət işğal altında qalmış ərazilərini azad edib. Nəticədə tarixi ədalət bərpa olunub. Ukrayna Silahlı Qüvvələri də Azərbaycan Ordusu kimi hərbi əməliyyatlar həyata keçirməli və düşmənin işğal etdiyi əraziləri azad etməlidir. Azərbaycan Ordusunu, bu əməliyyata rəhbərlik edənləri, ölkə rəhbərliyini, Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, bundan sonra Azərbaycanın bir metr ərazisi belə heç vaxt işğal edilməyəcək.

Roman Solohub

Ukrayna SQ-nin çavuşu Yevgeni Suloymi isə deyir ki, bu qələbə bir daha göstərdi ki, Azərbaycan xalqı güclü xalqdır:

“Bizimlə birgə ölkəmizdə yaşayan azərbaycanlılardan çoxu döyüşür. Mən onların qəhrəmanlığına heyranam. Yaşadıqları Ukrayna uğrunda vuruşurlar. Onların arasında yaxından tanıdıqlarım da var. Azərbaycan ordusunun əməliyyatlarını izləyərkən mən gördüm ki, xalqınız çox qətiyyətlidir, bizim kimi. Dərhal ordu ilə birgə ən azı mənən səfərbər olub, Vətən uğrunda hər şeydən keçməyə hazırdırlar. Azərbaycan Ordusu bizə ilk nümunə kimi göstərdi ki separatizm üzərində necə qətiyyətli qələbə çalmaq olar. Onlar ilkə imza atdılar. Onlar sübut etdilər ki, xalqın tələbəni necə düzgün yerinə yetirmək olar”.

Yevgeni Suloymi

Ukrayna ordusunun əsgəri Aleksandr Fos isə bütün Azərbaycanı, onun Silahlı Qüvvələrini alqışlayır:

“Onlar bənzərsiz qələbəyə imza atdılar. Mən bilirəm ki, onların torpaqları uzun müddət işğal altda qaldı, amma, nəhayət, Qarabağı geri qaytara bildilər. Buna görə alqışlayıram onları. Ölkənizə çox böyük hörmətim var. Siz işğalçılara hədlərini göstərə bildiniz. Biz ölkəmizi qorumaq üçün sizdən nümunə götürürük. Azərbaycan Ordusunu təbrik edirəm”.

Aleksandr Fos

Aleksey Kaçan adlı zabit də Azərbaycanın bir zamanlar düşmənin işğalı altında olan ərazilər üzərində suverenliyi bərpa etdiyini deyib:

“Azərbaycan cəmi 24 saat ərzində çox yaxşı lokal antiterror tədbirləri keçirib və ərazilərini azad edib. Bu əməliyyatı dəqiqliklə həyata keçirdiniz. Bu, Gürcüstan, Moldova, elə bizim üçün nümunədir. Yəni bu yolla rahat şəkildə əməliyyat keçirmək və məsələni həll etmək olar. Azərbaycan xalqını Xankəndi şəhəri daxil olmaqla, Qarabağ üzərində suverenliyini bərpa etməsi münasibəti ilə təbrik edirəm”.

Aleksey Kaçan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir