Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata görə, XİN rəhbərləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəliyi müzakirə ediblər.
2020-2022-ci illərə aid ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin hazırlanması, nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün səylərin artırılmasının zəruriliyi vurğulanıb.
Mənbə: TASS
www.RIA24.az