Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin “Telegram” kanalında məlumat verilib.
Bildirilir ki, görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri müzakirə edilib.
Görüşdə İsrail-Fələstin münaqişəsi, habelə İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə də fikir mübadiləsi aparılıb.
www.RIA24.az