“Musiqi ilə bağlı problemlər çoxdur, problemlərə münasibət lazımdır. Onların qayğısını çəkmək lazımdır”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutan Musiqi Forumunda iştirak edən Xalq artisti Flora Kərimova deyib.
“Mən musiqidə mədəniyyət problemini görürəm. Ən birinci musiqiçinin, ifaçının intellektini görmək istəyirəm. Peşən yoxdursa, ümumiyyətlə, bu sənətə yaxın durma. Çünki səndən sonra qeyri-peşəkarlar yaranır. Onların öhdəsindən gəlmək mümkün olmur. Bir var səhnədə özünə hörmət edəsən, biri də var səhnəni, musiqini özündə hörmət edəsən. Səhnəyə çıxanda ən əvvəl özümüzü düşünməliyik”, – Xalq artisti əlavə edib.
www.RIA24.az