Azərbaycanın müdafiə naziri Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib – FOTO

Siyasət


Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ziyafət çərçivəsində general-polkovnik Z.Həsənov Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Can Yousia ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir