“Azərbaycan hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlıdır”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş katibi Mariya Peyçinoviç Buriç ilə keçirilən görüşdə deyib.
O, regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb, Azərbaycanın Qarabağ ərazisində yaşayan erməniəsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökumətinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi səylərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyindən ətraflı söhbət açıb.
www.RIA24.az