Sahibə Qafarova İslam dünyasında qadınların rolundan DANIŞDI – FOTO

Siyasət

İyunun 1-də Milli Məclisin sədri Sahibə Qafarova İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İcraiyyə Şurasının iclasında iştirak edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Şurada qurumun Parlament Assambleyasının İkinci Ümumi Konfransında müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova çıxış edərək gündəlikdəki məsələlərə münasibət bildirib, İslam dünyasında qadınların rolu haqqında fikirlərini bölüşüb. O, dünyada islamofobiyanın geniş yayıldığı şəraitdə cəmiyyətdə qadınların rolunun daha da möhkəmlənməsinə ciddi ehtiyac olduğunu qeyd edib. Sahibə Qafarova təşkilatda qadın parlamentarilərin iclasının təşkil olunmasını yüksək dəyərləndirib.

O bildirib ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verir.

Spiker bu yaxınlarda Milli Məclisin İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Nizamnaməsini ratifikasiya etdiyini xatırladıb. Sədr təşkilata üzv ölkələrlə çoxşaxəli əməkdaşlığın dərinləşməsini günün tələbi kimi dəyərləndirib.

İclasda Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılmış nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir