Xankəndidə Hüquq Universitetinin açılması təklif olunub

Siyasət


Xankəndidə Hüquq Universitetinin açılması təklif olunub.

APA xəbər verir ki, belə təkliflə bu gün Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.

Qüdrət Həsənquliyev deyib ki, Xankəndidə Hüquq Universitetinin açılmasına ehtiyac var:

“Orada bizim vətəndaşlarımız təhsil alsın, hüquqşünas olsunlar. Çünki bizdə vəkillərin sayı azdır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir