“Bir neçə ildir ki, Azərbaycanın regionlarında dövlət müəssisələrinin cari təmiri aparılmır”.
“Report” xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
“Hər il dövlət büdcəsində təmir işləri üçün xərclər nəzərdə tutulur. Amma o vəsait regionlara hansı səviyyədə çatır? Buna nəzarət olunmalıdır. Çünki yeni tikilmiş məktəblərin də cari təmiri olmayanda beş ildən sonra aşınma gedir və yaxın gələcəkdə onların da yararsız vəziyyətə düşəcəyi gözlənilir”, – deyə deputat əlavə edib.
www.RIA24.az