ABŞ rəsmisi Bakıya gəlir

Siyasət

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker 6-13-iyunda Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Onun Tbilisidə, Bakıda və İrəvanda ikitərəfli məsələləri və regional prioritetləri müzakirə edəcəyi bildirilir.

F.Rikerin Azərbaycan və Ermənistan rəsmiləri ilə təmaslarında Qarabağ mövzusunun müzakirəsi gözlənilir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir