“İsrailin kənd təsərrüfatı texnologiyası və təcrübəsi Azərbaycanın Zəngilan bölgəsindəki ilk ağıllı şəhərdə tətbiq olunacaq”.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin rəsmi “Twitter” hesabında qeyd olunub.
Səfirlikdən bildirilib ki, səfir Corc Dik sözügedən ərazini ziyarət edib.
“Bu gün biz Zəngilandayıq. Mənim arxamda hələ ki heç nə yoxdur. Ancaq İsraildə deyildiyi kimi “heç bir şeyin olmadığı yerdə, hər şey mümkündür”. Bura İsrail, Azərbaycan və İtaliya arasında beynəlxalq əməkdaşlıq məkanı olacaq”, – deyə səfir bildirib.