Azərbaycan Prezidenti: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməyib”

Siyasət


“Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, Qarabağ Azərbaycandır. Bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat edə bilməz. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

“XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməyib. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tut uğrunda ölümə getməyə hazır olmayıb. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”, – deyə Azərbaycan Prezidenti bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir