Belçika baş nazirinin müavini Petra de Sutter Qəzza zolağında bir sıra humanitar obyektlərə hücumlarına görə İsrailə qarşı sanksiyaların tətbiqi məsələsinə baxılmasının tərəfdarı olduğunu bildirib.
“İsrailə qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb. Belə hücumlar qeyri-insani hərəkətdir. Aydındır ki, İsrail beynəlxalq atəşkəs çağırışlarına əhəmiyyət vermir”, – deyə Sutter bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı da İsraillə iqtisadi və siyasi sahədə əməkdaşlığın yaxşılaşdırılmasına yönəlmiş sazişi dərhal dayandırmalıdır.
Mənbə: interfax.ru
www.RIA24.az