“ABŞ və Qərb daim riyakarlığın və ikiüzlülüyün qalası olub”.
Bunu siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, uzun əsrlər boyu dünya siyasi və hərb tarixində ABŞ-nin rəhbərliyi altında Qərb imperializminin haqsız siyasi istismarının səbəb olduğu faciələri müşahidə etmişik:
“Qərb imperializminin təhlükəli nəticələri Yaxın Şərqdə və bütövlükdə Qərbə yaxın olmayan coğrafi məkanlarda insan fəlakətlərinə səbəb olub”.
Siyasi şərhçi İlyas Hüseynov isə vurğulayıb ki, Qərb dünyası hər zaman öz maraq və mənafelərinə görə müxtəlif prosesləri nəzərdən keçirib, müxtəlif hadisələrə şərh verib və hər zaman ikili standartlar burada özünü göstərib.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az