Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM katibliyi Azərbaycan xalqını 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib.
Bu barədə qurumun yaydığı məlumatda deyilir:
“Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edir və ən xoş arzularımızı çatdırırıq”.
Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. Qurum 10 oktyabr 1997-ci ildə yaradılıb.
www.RIA24.az