“İranın Ermənistandakı səfirinin mövqeyi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinin əleyhinə yönəlib”.
Bu sözləri Baku TV-yə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
“İranın prezidenti bir fikir deyir, onun təyin etdiyi səfir isə başqa söz deyir. Hesab edirəm ki, bu bir paradoksdur və İranın Ermənistandakı səfirinin səsləndirdiyi fikirlər İran dövlətinin, onun rəsmi mövqeyinin əleyhinə yönəldiyi göz qarşısındadır. Bu vəziyyətdə məsuliyyət təbii ki, səfirin üzərinə düşür və ümid edirik ki, İran Ermənistandakı səfrinin onun dövlət siyasətinin əleyhinə apardığı fəaliyyətə lazımi qiymət verəcək”, – deyə millət vəkili qeyd edib.
Ətraflı süjetdə:
www.RIA24.az