Ceyhun Bayramov Salim Əl Məliklə görüşüb – FOTO

Siyasət


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində ICESCO-nun baş direktoru Salim Əl Məliklə görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyini, mədəniyyətlərarası tolerantlığın və dialoqun təşviqi üzrə birgə layihələri müzakirə ediblər.

 

www.RIA24.az