ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycanın Qarabağ İqtisadi Zonasında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarına əvəz tapılmalıdır.
Bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib.
“Hazırda Rusiya qoşunları oradadır, 2020-ci il atəşkəs bəyanatına əsasən, bu, onların ilk müddətidir. Əgər Ermənistan və Azərbaycan üçün alternativ olarsa, artıq Rusiya sülhməramlılarının iştirakına ehtiyac qalmayacaq. Onlar artıq sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirməkdə uğusuz olublar”, – diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən bildirib.
“Rusiya sülhməramlılarının 5 illik müddət bitdikdən sonra – il yarımdan sonra ölkəni tərk etmələri lazımdır”, – o əlavə edib.
Dövlət katibinin köməkçisinin sözlərinə görə, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır.
“Ən yaxşı yanaşma hər iki ölkəyə bizimlə və Qərblə işləmək kimi alternativ verməkdir”, – o deyib.
Mənbə: TASS
www.RIA24.az