“Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək mühüm bir addımdır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının nəqliyyat nazirlərinin Zəngilan şəhərində keçirilmiş 7-ci iclasında bildirib.
“Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək bu dəhlizin bütün türk dünyasını birləşdirəcək mühüm addım olduğuna inanıram. Zəngəzur bağlantısı Qafqazda normallaşma üçün həyati əhəmiyyət kəsb edir. Biz bu əlaqənin ən qısa zamanda tamamlanması üçün Azərbaycanla çox yaxından işləyirik. Bu, bütün region ölkələrinin xeyrinə olacaq”, – deyə o qeyd edib.
www.RIA24.az