Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bir sıra rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirib.
Bu barədə Aİ-nin rəsmi saytında məlumat verilib.
Məlumata əsasən, hazırda Aİ-nin Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən Kestutis Yankauskas İttifaqın Qazaxıstandakı nümayəndəliyinin başçısı vəzifəsinə təyin olunub.
Onun daha öncə Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri olduğu bildirilib.