Sankt-Peterburqdakı Tavriçeski sarayında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert baş tutub. Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Tavriçeski Beynəlxalq Simfonik Orkestri tərəfindən Rusiya, Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.
“Çox rəmzidir ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert Tavriçeski sarayında keçirilir. Belə ki, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının qərargahı məhz burada yerləşir və Azərbaycanın oradakı nümayəndəliyi qurumda aparıcı yerlərdən birini tutur. “Günbəz” zalında Azərbaycan məktəbinin ən güclü bəstəkarlarının musiqiləri səsləndirildi, belə musiqilər bizim konsert salonlarında tez-tez səslənmir. Mən çox şadam ki, Yalçın belə bir tədbir üçün bizim orkestri seçib”, – deyə Tavriçeski Beynəlxalq Simfonik Orkestrinin bədii rəhbəri Mixail Qolikov bildirib.
O, əlavə edib ki, konsertdə Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova və Regina Rüstəmova, Mariinski Teatrının solistləri Məhərrəm Hüseynov və Həmid Abdulov da iştirak ediblər.
Mənbə: TASS
www.RIA24.az