“Bu gün qırğız həmkarım – Ruslan Kazakbayevlə bir sıra məsələləri müzakirə etdik”.
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar-may ayları ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artım olub:
“Buna baxmayaraq, ticarət dövriyyəsinin hələ də aşağı olması vurğulandı. Bu istiqamətdə işlərin intensivləşdirilməsi, biznes forumların keçirilməsi müzakirə olundu”.
Nazir qeyd edib ki, nəqliyyat-logistika fəaliyyətinin koordinasiya edilməsi və Ələt Azad İqtisadi Zonası ilə bağlı da müzakirələr aparılıb:
“Artıq investorlar üçün hər tərəfli işlərin yaranmasına dair işlərin görüldüyü barədə məlumat verildi”.
İlhamə Əbülfət