Bu gün Ağdam Şəhəri Günüdür.
Oxu.Az-ın xəbərinə görə, ilk dəfədir ki, Ağdam Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-i Ağdam Şəhəri Günü olacaq.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün – noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.
Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:
26 avqust – Laçın Şəhəri Günü;
4 oktyabr – Cəbrayıl Şəhəri Günü;
17 oktyabr – Füzuli Şəhəri Günü;
20 oktyabr – Zəngilan Şəhəri Günü;
25 oktyabr – Qubadlı Şəhəri Günü;
8 noyabr – Şuşa Şəhəri Günü;
20 noyabr – Ağdam Şəhəri Günü;
25 noyabr – Kəlbəcər Şəhəri Günü.
www.RIA24.az