Azərbaycan Ordusunun apardığı antiterror tədbirləri nəticəsində ələ keçirilmiş hərbi qənimətlərin bir hissəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nümayiş olunub.
Oxu.Az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin diplomatlar üçün brifinqindən sonra iştirakçılar silahlara baxış keçiriblər.
Onlara məlumat verilib ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna daşınmış silahlar Azərbaycan əleyhinə istifadə üçün nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Ordusunun antiterror tədbirlərindan sonra Qarabağ iqtisadi rayonunda separatçıların Ermənistandan gətirdikləri xeyli sayda silahları, sursatları və dronları aşkarlanıb.
Daha çox foto burada: PhotoStock.az
Aqşin Kərimov
www.RIA24.az