“Dekolonizasiya ilə bağlı problemləri həll etmək üçün müxtəlif beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq qurmaq lazımdır”.
“Report” xəbər verir ki, bunu Komor adaları İttifaqının Xarici İşlər Nazirliyinin müşaviri Səid Əli Ömər Bakıda “Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə əməkdaşlıq aktual məsələlər üzrə fikir mübadiləsi aparmağa imkan verəcək.
O, qadın hüquqlarının pozulmasının qarşısını almaq üçün cəmiyyətdə gender bərabərliyinin təmin edilməsinin vacibliyini vurğulayıb:
“Cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi vacibdir. Bu səylərin bir hissəsi olaraq qadınlar üçün bərabər hüquq və imkanların təmin edilməsi əsas prioritetdir. Hər kəs bu prosesə töhfə verməli, qadınlara dəstək göstərilməlidir”.
www.RIA24.az