“Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer USAID-in direktoru Samanta Pauerə Qarabağı tərk edən digər sakinlərə, daha doğrusu, öz vətənlərinə qayıtmaqdan məmnunluq duyan erməni hərbçilərə diqqət yetirməyi tövsiyə edib.
Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Siz Qarabağda yaşamış Ermənistandan olan 12 min hərbçi və onların ailə üzvləri (daha 20 min) ilə də danışdınızmı? Onlar, yəqin ki, evlərinə qayıtmağa şad olublar”, – deyə B.Şaffer USAID-in direktorunun Azərbaycanın Qarabağ regionunu könüllü tərk etmiş ermənilərlə görüşünü şərh edərkən vurğulayıb.
Hey @PowerUSAID did you also speak to the 12,000 soldiers from Armenia and their family members (another 20k) that were living in #Karabakh ? They probably were happy to go back home. https://t.co/LHcMxhkG6Y
— Brenda Shaffer (@ProfBShaffer) November 22, 2023
www.RIA24.az