Azərbaycan müdafiə nazirinin müavinləri Gürcüstanda hərbi əməkdaşlığı müzakirə ediblər – FOTO

Siyasət


Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gedib.

“Report” xəbər verir ki, nümayəndə heyətinə müdafiə nazirinin müavinləri – Baş direktor Aqil Qurbanov, Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və digər rəsmilər daxildir.

Onlar Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava ilə görüşüblər.

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

www.RIA24.az