Türkiyə nümayəndə heyəti ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub – FOTO

Siyasət


“Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan münasibətlər iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri ilə strateji tərəfdaşlıq səviyyəsindədir və əmək, məşğulluq, sosial müdafiə sahəsində də əlaqələr daim genişlənir”.

Bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O, bu əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. 

Ötən dövrdə iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin daim genişlənməkdə olduğu və  bu sahədə yeddi əməkdaşlıq sənədinin imzalandığı bildirilib. İki nazirlik arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin əlaqələrin genişləndirilməsində xüsusi önəmi qeyd olunub. Gələn il Komissiyanın növbəti 11-ci iclasının keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

V.İşıkhan Türkiyə üçün qardaş ölkə olan Azərbaycanda səfərdə olmasından məmnunluğunu ifadə edib. O, ikitərəfli əalqələrin genişləndirilməsi üçün ardıcıl işlər aparıldığını və uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib. Görüşdə iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. 

Qeyd edək ki, nümayəndə heyəti İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdədir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir