Pandemiya müddətində Azərbaycan və Rusiya bir-birlərini dəstəkləməyə davam edəcəklər.
Bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkələr arasında “COVID-siz səyahət” layihəsi çərçivəsində qarşılıqlı əlaqə formatı mövcuddur.
“Eyni zamanda, təhlükəsiz sərhəd keçidi üçün peyvənd sertifikatlarının tanınması, istehsalın inkişafı, tibbi əlaqələr və mütəxəssislərin qarşılıqlı əlaqəsi ilə bağlı layihələr və əlaqələr var. Son bir ildə bu cür əməkdaşlıq sahələrinin sayı genişlənib”, – deyə o bildirib.
Sonda rusiyalı nazir vurğulayıb ki, ürək-damar xəstəlikləri, onkologiya ilə mübarizə, bir sıra elmi sahələr, mütəxəssis hazırlığı və s. ilə bağlı klassik qarşılıqlı münasibətlər də unudulmamalıdır.