Şavkat Mirziyoyev: “Azərbaycanın azad edilmiş əraziləri əməkdaşlıq üçün yeni imkanlar yaradır”

Siyasət


“Azərbaycanın işğaldan azad edilmiş əraziləri SPECA ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

“Report” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündəki çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanın SPECA-ya sədrliyi dövründə regional əməkdaşlıq yeni səviyyəyə yüksəlib:

“SPECA regional tərəfdaşlıq və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün effektiv mexanizmdir”.

Prezident qeyd edib ki, proqramda iştirak edən ölkələr arasında ticarət dövriyyəsini artırmaq üçün hər cür imkan var:

“Eyni zamanda, SPECA Etimad Fondunun yaradılmasını sürətləndirmək lazımdır. Fond beynəlxalq qurumlarla fəal işləməli, maliyyə resursları cəlb etməli, qrant vəsaitləri ayırmalıdır. Özbəkistan fondun formalaşmasına töhfə verməyə hazırdır”.

Ş.Mirziyoyev proqramda iştirak edən ölkələrdə qida təhlükəsizliyinə nail olmaq üçün işçi qrupunun yaradılmasını da təklif edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir