Paşinyan: “Bakı ilə sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərimizə kömək edə bilər”

Siyasət


Azərbaycanla sülh sazişinin imzalanması İrəvana İslamabadla diplomatik münasibətlər qurmağa kömək edə bilər.

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bəyan edib.

Hökumət başçısı Ermənistanı hələ rəsmən tanımayan və islam dünyasının nüfuzlu ölkələrindən olan Pakistanla münasibətlər istiqamətində müəyyən diplomatik işlərin aparılacağını bildirib. O, İslamabadın İrəvanla diplomatik əlaqələrdən imtina etməsini məhz Azərbaycan faktoru ilə bağlı olduğunu qeyd edib.

“Biz Azərbaycanla sülh müqaviləsi imzalaya bilsək bu, Pakistanla diplomatik münasibətlərin qurulmasına da töhfə verəcək”, – deyə o qeyd edib.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir