AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək.
Oxu.Az xəbər verir ki, mükafatlar uğrunda Azərbaycan, Belarus və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaqlar.
Yarış noyabrın 26-30-u aralığında Bakı İdman Sarayında təşkil olunacaq. Turnirin təqvimi və oyunları idarə edəcək hakimlər də müəyyənləşib.
Azərbaycan – Belarus
Yarış 26 noyabr tarixində, Bakı İdman Sarayında, saat 17:00-da baş tutacaq.
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov.
Azərbaycan – Mərakeş
Yarış 28 noyabr tarixində, Bakı İdman Sarayında, saat 17:00-da baş tutacaq.
Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı.
Mərakeş – Belarus
Yarış 30 noyabr tarixində, Bakı İdman Sarayında, saat 17:00-da baş tutacaq.
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov.
www.RIA24.az