Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarlarını peşə bayramı münasibətilə təbrik edib.
“Dəyərli qardaşım – Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, – diplomat özünün “Twitter” səhifəsində qeyd edib.
Dəyərli qardaşım – Azərbaycan Respublikasının Xarici İşlər naziri @bayramov_jeyhun başda olmaqla, bütün Azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu! ???? pic.twitter.com/qa9Shygu6E
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) July 9, 2021