Baş nazirdən koronavirusla mübarizədə iştirak edən həkimlərlə bağlı QƏRAR

Siyasət

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti avqustun 1-dək artırılıb.

Qeyd edək ki, bu müddət iyulun 1-də başa çatmışdı.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir