FIA 2023-ün qalib avtomobilləri Heydər Əliyev Mərkəzində sərgilənəcək

Siyasət


Bakıda keçiriləcək Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və “FIA Prize-Giving Ceremony” – mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edəcək tədbirlərdən biri də 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi olacaq.

Sərgi dekabrın 6-da FIA tədbirlərinin keçirildiyi məkanlardan biri – Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. İctimaiyyət üçün açıq olacaq sərgidə 2023-cü ildə “Formula-1”, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatı (World Rallycross Championship), “Formula E”, Dünya Kartinq Çempionatında (Mondokart.com FIA Karting World Championship – KZ) qalib pilotların idarə etdikləri avtomobillər nümayiş olunacaq.

Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarışların həyəcanını yaşamaq imkanı qanacaqlar.

Xatırladaq ki, dekabrın 5-dən 8-dək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən gözlənilən tədbirlərindən biri olan “FIA Prize-Giving Ceremony”yə ev sahibliyi edəcək. Mükafatlandırma mərasimində il ərzində avtomobil idmanı sahəsindəki qaliblərə mükafatlar təqdim olunacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir