Mövlud Çavuşoğlu Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşüb – FOTO

Siyasət

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Milli Məclisinin Xarici Siyasət və Parlamentlərarası Əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə nazir özünün “Twitter” səhifəsində paylaşım edib.

O, bildirib ki, Şuşa bəyannaməsilə ölkələrimiz arasındakı qardaşlıq bağları hər sahədə daha da güclənir.

Görüşə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Akif Çağatay da qatılıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir