Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən üç il keçir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan hərbi müstəvidə Ermənistan üzərində həlledici qələbə qazandı.
Bu qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.
Bu münasibətlə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin dekabrın 1-də xalqa müraciətində deyib:
“Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Bildirək ki, Azərbaycan 2022-ci ilin avqustun 26-da 10 Noyabr Bəyanatının müddəalarına əsasən, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa edib.
Qeyd edək ki, Laçın 1992-ci ilin may ayının 18-də Ermənistan tərəfindən işğal olunmuşdu.
Bildirək ki, hazırda Laçının Ermənistanla sərhədində Sərhəd-Buraxılış Məntəqəsi fəaliyyət göstərir.
www.RIA24.az