Prezident İlham Əliyev Kəmaləddin Fəttah oğlu Heydərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı prezident.az məlumat yayıb.
Sərəncama əsasən, K.Heydərov Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.