Əli Əsədov BƏƏ-nin vitse-prezidentini təbrik edib

Siyasət


Baş nazir Əli Əsədov dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, məktubda bildirilir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir.

Qeyd edilib ki, bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır.

Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğu qeyd edilərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifadə olunur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir