“Dövlət başçısı İlham Əliyevin iştirakı ilə Dubayda keçirilən COP28 çərçivəsində energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun inkişafı məqsədilə təşkil edilmiş sessiyada səmərəli müzakirələr apardıq”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən siyasət və əldə olunan nailiyyətlər, Qara Dəniz hövzəsi və Mərkəzi Asiya ölkələri ilə regional təşəbbüslərimiz barədə danışdıq, SOCAR-ın metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəliklərə qoşulduğunu elan etdik”, – deyə nazir qeyd edib.
Dövlət başçısı cənab İlham Əliyevin (@azpresident) iştirakı ilə Dubayda keçirilən COP28 (@COP28_UAE) çərçivəsində #energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun inkişafı məqsədilə təşkil edilmiş sessiyada səmərəli müzakirələr apardıq.… pic.twitter.com/sWzi5pSTah
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 3, 2023
www.RIA24.az