“Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa yolu qalmayıb”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O qeyd edib ki, delimitasiya məsələsi ilə bağlı diqqətdə saxlanılmalı olan üç məqam var:
“Bu məsələdə diqqətdə saxlanılmalı olan üç məsələ var. Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməyi ilə bağlı qərarlar var. İkincisi, Şarl Mişel də daxil olmaqla Avropa İttifaqının bir çox siyasətçisi delimitasiya olunmadan əlaqələrin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab etmişdi. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var.
Bütün bunlara baxmayaraq Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü müstəsna əhəmiyyətə malikdir bizim üçün.
Bu günə kimi Ermənistan çox böyük “məharətlə” delimitasiya prosesinin reallaşmamasına çalışıb. Qərbdən aldığı göstərişlərlə prosesi sabotaj etmək üçün bütün vasitələrdən istifadə edib. Çünki onlar sülh məsələnin həll olunmamasına çalışırlar. Buna görə də delimitasiya prosesinin gecikməsi üçün addımlar atırdılar.
Eyni zamanda bu komissiyaların işinin uzanmasına səbəb olurdular. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi məsələsinə imkan vermirdilər.
Ciddi bir irəliləyiş üçün delimitasiya komissiyasının işlərində də irəliləyiş olmalıdır.
Aylar sonra komissiyanın işinin yenidən fəaliyyətə başlamasının çox böyük əhəmiyyəti var.
Delimitasiya komissiyasının fəaliyyətə başlaması ilə bərabər Azərbaycan Ermənistan tərəfinin üçüncü bir ölkə olmadan təkbətək görüşü baş verdi. Bu hadisə də çox böyük əhəmiyyətə malikdir”.
www.RIA24.az