Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə istiqamətləri açıqlanıb.
Vəsaitin prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
– işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;
– bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;
– işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə.