Şamil Ayrımla Qərbi Azərbaycan İcmasında görüş keçirilib – FOTO

Siyasət


Dekabrın beşində Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında (QAİ) görüşlər baş tutub.

İcmadan verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım icmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və QAİ-nin Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ilə bir araya gəlib.

Qardaş ölkənin nümayəndəsinə Türkiyənin hər zaman göstərdiyi mənəvi dəstək üçün təşəkkür edilib. Şamil Ayrım öz növbəsində Qərbi Azərbaycan həqiqətlərinin beş dekabrda baş tutacaq konfransda dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasının yaxşı imkan olduğunu bildirib.

Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan artıq xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcəklər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir