Ərdoğanın müavini: “Türkiyə sülh və normallaşma prosesində Azərbaycana daim dəstək olacaq”

Siyasət


“Türkiyə sülh və normallaşma prosesində Azərbaycana daim dəstək olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zəfər Sırakaya “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət didərgin salınmış azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurdlarına qayıtması üçün birgə işləməlidir:

“Beynəlxalq təşkilatların və cəmiyyətin bu prosesdə iştirakı zəruridir. Ona görə də diplomatik addımlar və vasitəçilik səyləri davam etməlidir. Hətta Azərbaycan Qarabağda olan ermənilərə bölgəni tərk etməmələri üçün çağırış edirdi. Çünki onlara bərabərhüquqlu vətəndaş olmalarını təklif etmişdi. Nəticədə Ermənistanda olan müəyyən qruplar, həmçinin erməni diasporu və bəzi Qərb ölkələri Azərbaycan əleyhinə kampaniya apardı. Həmin dairələr bu gün insan hüquqlarının təmin edilməsindən danışırlar. Ancaq vaxtilə azərbaycanlıların hüquqları tapdalananda buna göz yummuşdular”.

Z.Sarıkaya Azərbaycanın Qarabağda apardığı quruculuq işlərindən və qayıdışdan da söz açıb:

“Təxminən 5 min azərbaycanlı yurduna qayıdıb. Bu ilin sonunadək sayın 6500-ə çatacağı gözlənilir”.

TBMM rəsmisi Türkiyənin sülh və normallaşma prosesində Azərbaycana daim dəstək olacağını da vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir