“Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı yaranmış gərgin vəziyyət münaqişə tərəflərini bölgədə özlərinə məqbul sayılacaq vəziyyəti əldə etmək üçün diplomatik səylərini gücləndirməyi vadar edib. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə möhkəmlənməyə, infrastrukturunu modernləşdirməyə və iqtisadiyyatı bərpa etməyə çalışır. Ermənistan rəhbəri isə , dəstək tapmaq üçün Avropa diplomatları ilə görüşür və bu sənədləri mahiyyətcə “yeniləməyə” çalışır. Söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarından gedir.”.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində dərc edilən məqalədə deyilir.
“Bəyanatlardan narazı olan Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yeni vasitəçilik mərkəzi axtarır. “Moskovskiy komsomolets” qəzetinə görə, Fransa və Ermənistan diplomatları Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı hüquqi qüvvədən salmaq üçün Yerevan, Paris və BMT-nin qərargahının yerləşdiyi Nyu-Yorkda intensiv görüşlər keçirirlər.
Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının əvvəlki qətnaməsinə yenidən baxılması təklifi ilə yeni planın qəbul edilməsi imkanlarını nəzərdən keçirirlər. Rəsm Parisin daha çox diplomatik çəki qazanmaq və Aİ-də əhəmiyyətli rol oynamaq istəyi uzun müddətdir mövcuddur. Hələ Nikola Sarkozi 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya problemi ilə bağlı sülhməramlı və vasitəçi rolunu oynamağa çalışıb.
Emmanuel Makron, ənənənin davamçısı sayılır və bu səbəbdən Parisin Qafqazda mövqeyini gücləndirə biləcək alternativ təkliflərlə maraqlanması təəccüblü deyil. Fransız qoşunlarının yalnız Cənubi Qafqaza daxil olması və onların Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi deyil, həm də Qarabağa girməsi ehtimalı nəzərdən keçirilə bilər.
İndi bölgədəki nizam Rusiya sülhməramlı qüvvələri tərəfindən idarə olunur, lakin Paşinyan mütəmadi olaraq bunun yetərli olmadığını açıq şəkildə göstərir və Azərbaycanın guya Qarabağda yenidən hərbi əməliyyatlar başlatmağa hazır olduğunu iddia edir.
Xatırladaq ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro çərçivəsində maliyyə yardımı edəcək. Bunu Yerevanda Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşdən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
“Biz sizin yanınızdayıq və Ermənistanın prioritetlərini – infrastruktur, rəqəmsal gündəm, iqlim, nəqliyyat, demokratik islahatları təşviq etmək üçün Ermənistana 2,6 milyard avro maliyyə paketi təqdim etməyə hazır olduğumuzu təsdiqləyirik”, – deyə Mişel bildirib. O, həmçinin bildirib ki, Avropa İttifaqı Cənubi Qafqazda problemlərin həllinə daha aktiv cəlb olunmaq, regionla əlaqələri möhkəmləndirmək niyyətindədir.
Deməli, Avropanın və hər şeydən əvvəl fransızların diplomatiyasının Zaqafqaziyada yeni təsir dairəsinə daxil olmaq istəyi açıq görünür. Bu arada Fransanın aktivliyi Rusiyaya baha başa gələ bilər. Paşinyan və Makronun qarşılıqlı fəaliyyəti nəticəsində üçtərəfli razılaşma təhdid altına düşərsə, Rusiya Federasiyası çətin vəziyyətdə qalacaq – Moskva artıq danışıqlar prosesində əsas rol oynamayacaq, strateji baxımdan əhəmiyyətli bölgədə maraqlarını qorumağın əvvəlkindən daha çətin olacağı deməkdir.
Ermənistan rəhbərliyini münaqişəni gərginləşdirə biləcək ehtiyatsız addımlardan saxlamaq daha da çətin olacaq. Fransız qoşunlarının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsinə dair Fransa-Ermənistan qətnaməsinin BMT-nin müzakirəsinə çıxarmaq perspektivi yaxın gələcəkdə olduqca real ola bilər.
Çox güman ki, Rusiya müttəfiqinə yer göstərmək və cənub sərhədlərini xarici qoşunların müdaxiləsindən qurtarmaq üçün veto hüququndan istifadə etməli olacaq. Avropada gedən danışıqları əslində “suverenlik ticarəti” adlandırmaq olar. Paşinyan sanki sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycanla müqavilə imzalamaq üçün Ermənistanın hər cür fədakarlığa hazır olduğunu göstərir”.