İranın Vəkillər Kollegiyasının sədri cəbhədə baş verənlərlə bağlı Azərbaycana dəstək oldu

Dünya Gündəm Siyasət

İranın Vəkillər Kollegiyasının sədri Murtuza Şahbazinia son günlər Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində törədilən təxribatlarla bağlı Azərbaycana dəstək olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. Onun sözlərinə görə, iranlı həmkarı Azərbaycan xalqının yanında olduğunu deyib.
“Bu vəziyyətdə bütün varlığımla sizin yanınızdayam. Oradakı hər problem bizim problemimizdir. Səmimi qəlbdən arzulayıram ki, hər şey Azərbaycan Respublikasının böyük millətinin xoşbəxtliyinə və yaxşılığına uyğun olsun”, – deyə M.Şahbazinia dəstək mesajında qeyd edib.
A.Bağırov da öz növbəsində iranlı həmkarına göstərdiyi dəstəyə görə təşəkkür edib:
“Vəkillər Kollegiyasının son dövrdə digər ölkələrin vəkil qurumları ilə qurduğu dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti ağır günlərdə xüsusən hiss olunur. Bir çox ölkələrin Vəkillər Kollegiyası rəhbərləri və vəkillər bizimlə əlaqə saxlayaraq dəstəklərini ifadə edir, Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirirlər.
Əziz dostumuz, sıralarında on minlərlə vəkili birləşdirən İran İslam Respublikasının Vəkillər Kollegiyasının rəhbəri, professor, doktor cənab Murtuza Şahbazinia Azərbaycan dilində göndərdiyi yazını burada paylaşmaq qərarına gəldim. Minnətdaram, əziz dost. Həqiqətən, dost dar gündə bilinir!”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir