Zaxarova: “Bakı hər zaman görüşə hazır olduğunu təsdiqləyib” – VİDEO

Siyasət


“Rusiya Bakı və İrəvana Moskvada, həmçinin üçüncü ölkələrdə keçiriləcək çoxtərəfli görüşlər çərçivəsində dəvət göndərib. Bakı hər zaman hazır olduğunu təsdiqləyib”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.

Departamentin rəsmi nümayəndəsi təəssüflə bildirib ki, eyni şeyi İrəvan tərəfi haqqında demək olmaz.

“Ola bilsin ki, Ermənistan hakimiyyətinin Vaşinqton, Brüssel və ya Parisdən olan müşavirləri daha maraqlı və daha yaxşı nəsə təklif edə biləcəklər, amma keçmiş təcrübəyə baxmaq lazımdır. Praqa və Brüsseldəki “məclislərinin” nəyə gətirib çıxardığını artıq hər kəs görüb”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir