Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.
“Report”un xəbərinə görə, gələn il fevralın 7-də növbədənkənar prezident seçkisi elan olunub.
Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də sərəncam imzalayıb.
Həmin ilin dekabrında isə ölkədə bələdiyyə seçkisinin keçirilməsi gözlənilir.
Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkisinin təyin edilməsi) əsasən, bələdiyyə seçkisini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkisinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci iki gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti beş ildir. Sonuncu bələdiyyə seçkisi isə 2019-cu il dekabrın 23-də keçirilib.
www.RIA24.az